Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

06 sentyabr 2018 | 16:00

Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində Rayon Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev, rayonun məktəb direktorları, qabaqcıl müəllimlər, ictimaiyyətin nümayəndələri və ali məktəblərə qəbul imtahanlarında 500-700 ballıq nəticə göstərmiş məzunlar iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Siyəzən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Rayon Təhsil şöbəsinin müdiri Rəfail Hacıyev «2017-2018-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Ali məktəblərə  qəbul imtahanlarının nəticələrinin rayonun məzunları üçün uğurlu olduğunu vurğulayan təhsil şöbəsinin müdiri sənəd vermiş 235 məzundan 155 nəfərin alı təhsil, 55 nəfərin isə orta təhsil müəssisələrinə qəbul olunduğunu, yəni imtahanda iştirak edənlərin 60 faizinin tələbə adını qazandığını diqqətə çatdırıb. Bundan əlavə, əvvəlki illərin məzunlarından 22 nəfər ali məktəblərə daxil olub. Bildirilib ki, qəbul imtahanlarında məzunlardan 29-u 500-dən, 13 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək - 682 bal göstəriciyə Siyəzən şəhər 1 saylı tam orta məktəbin məzunu Əli Ramazanov nail olmuşdur. Həmçinin coğrafiya fənn olimpiadasının respublika turunda bürünc medal almış və qəbul imtahanlarında 600 bal toplamış Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin məzunu İlkin Səfərlı Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb. R.Hacıyev çıxışında Siyəzən RTŞ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini bildirib.

Daha sonar isə məruzə ətrafında çıxışlar olmuşdur. Çıxış edənlər qazanılan uğurlara, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Konfransda çıxış edən Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Qarşıda gələn Bilik günü münasibətilə təhsil işçilərini təbrik edən Əsgər Quliyev bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.

Tədbirdə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara və bir qrup qabaqcıl müəllimlərə Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov konfransda çıxış edərək rayonun təhsil işçilərinin qazandığı nailiyyətlərindən və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışmış, yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik etmişdir.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

  

    

  

  

 

Keçidlər