Əmək Yarmarkası keçirilmişdir.
20 iyul 2018-ci il tarixdə Siyəzən rayon Mədəniyyət Mərkəzində işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədilə işəgötürənlər və işaxtaranların iştirakı ilə “Əmək Yarmarkası” keçirilmişdir. “Əmək Yarmarkası”nın keçirilməsinə dair geniş reklam və informasiya işi təşkil edilmişdir. Əhalinin sıx olan yerlərinə elanlar vurulmuş və geniş təbliğat işləri aparılmışdır. Yarmarkada rayon ərazisində fəaliyyət göstərən 15 idarə və müəssisə cəmi 142 boş (vakant) iş yerləri ilə iştirak etmişdir. Həmin idarə və müəssisələrin 10-u dövlət, 2-si qeyri-dövlət, 3-ü fiziki şəxslər olmuşdur. Təklif olunmuş iş yerlərində əmək haqqının minimum məbləği 130 manat, maksimum məbləğ 520 manat təşkil etmişdir. Əmək Yarmarkasında 200 nəfərdən çox vətəndaş iştirak etmişdir. Həmin vətəndaşlardan 32 nəfərə işə göndəriş məktubu verilmişdir. Tədbirdə Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi Xətai Mehrəliyev iştirak etmişdir.