Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin birinci rübünün yekunları müzakirə edilmişdir.

20 aprel 2018 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2018-ci ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.

İclası giriş söz ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, həmçinin hesabat dövründə rayonda görülmüş  işlər barədə ətraflı məlumat verdi.  Daha sonra  müzakirə olunan məsələ ilə əlaqədar geniş məruzə dinlənilmişdir.

 

Məruzə dinlənildikdən sonra Xaçmaz Regional Qaz İstismar İdarəsinin Siyəzən rayon xidmət sahəsi üzrə rəis müavini Natiq Cəfərov, Xaçmaz Regional Sukanal İdarəsi Siyəzən abonent işləri sahəsinin rəisi Eldar Cabbarov və Siyəzən Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Qismətəli Əsgərov aidiyyəti sahələr üzrə görülmüş işlər barədə çıxış etmiş və geniş müzakirələr aparılmışdır.

 

 

Sonda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Siyəzən rayonunda görüləcək işlər, qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Şura iclası müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.

 

Keçidlər