Məşrif kəndində dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
Bu gün Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Rayon Polis Şöbəsinin iştirakı ilə Məşrif kəndində “Dini radikalizmə qarşı mübarizə” adlı tədbir keçirilmişdir.
Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Qoşqar Kazımov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov bildirmişdir ki, Rayon İcra Hakimiyyəti başçısı yanında Dini işlər üzrə Komissiyanın İş Planına müvafiq olaraq, ayrı-ayrı yaşayış məntəqələrində dini maarifləndirmə sahəsində DQİDK ilə birgə müxtəlif tədbirlər, seminar-treninqlər həyata keçirilir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy radikalizmin yaranma səbəblərini göstərərək qeyd edib ki, dində radikallıq müxtəlif formalarda təzahür etməklə əslində müxtəlif qüvvələrin maraqlarına xidmət edir. Natiq Azərbaycan reallığında dini radikalizmi yaymaq istəyənlərin sərf etdikləri əməyin nəticəsiz qaldığını qeyd etdi.
Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Qoşqar Kazımov gənclərin və yeniyetmələrin dini radikalizmin qurbanına çevirilməməsi məqsədilə profilaktik tədbirlərin gücləndirilməsinin əsas şərt olduğu barədə geniş məlumat verdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.