Tuğay kəndində səyyar görüş keçirilmişdir.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Tuğay kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov ötən görüşdən sonra kənddə görülmüş işlər, vətəndaşlar problemlərinin həlli ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Bakı - Rusiya Federasiyası avtomobil yolundan Yenikənd kəndindən keçməklə Tuğay kəndinin mərkəzinədək uzanan yol əsaslı təmir edilmişdir. Bundan başqa kəndin elektrik təsərrüfatı yenidən qurulmuş və hazırda yeni modul tipli məktəb binasının tikintisi davam edir.
Görüşdə çıxış edən kənd ağsaqqalları görülmüş işlərə görə ölkə başçısı cənab İlham Əliyevə xüsusi minnətdarlıqlarını bildirmişlər. Vətəndaşların müraciətləri əsasən yaz mövsümü ilə əlaqədar suvarma suyunun çatışmazlığı barədə olmuşdur. İcra Hakimiyyətinin başçısı tərəfindən qəbulda iştirak edən Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilmişdir.