Rayondaxili yolların təmiri davam ediri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrimizin inkişafına xüsusi diqqət və qayğısı hər gün öz müsbət nəticələrini verməkdədir. Xüsusilə yol infrastrukturunun inkişafı ilə əlaqədar dövlət başçımızın tapşırıqları sürətlə icra olunmaqdadır. Rayonumuzda da bu sahədə işlər davam etdirilir. Bakı - Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolundan Yenikənd və Tuğay kəndlərinə çəkilən yolun ardınca Gilgilçay qəsəbəsinə gedən və qəsəbənin mərkəzi də daxil olmaqla ümumilikdə 2 kilometrdən artıq yolda təmir işlərinə başlanılmışdır. Yolun yatağında aparılan işlər artıq başa çatmış hazırda asfalt işləri görülür. Görülən işlər qəsəbə sakinləri tərəfindən böyük razılıqla qarşılanır.