Rayon məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Lənkəran – Astara – Masallı marşrutu ilə səfərə çıxmışlar.
Bu gün rayonumuzun təhsil və nümunəvi davranışı ilə fərqlənən 40 nəfərdən ibarət məktəbli qrupu "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Lənkəran – Astara – Masallı marşrutu ilə səfərə çıxmışlar. Səfər iştirakçılarını Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zəfər Əliyev və Təhminə Bəxtiyarova, aparatın kollektivi, Rayon Təhsil Şöbəsinin rəhbərliyi və valideynlər yola salmışlar. Əvvəlcə Siyəzən şəhərinin mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş və önünə tər çiçəklər düzülərək Ulu Öndərin xatirəsi ehtiramla yad edilmişdir. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial – iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zəfər Əliyev tədbirin əhəmiyyəti barədə danışmış, məktəblilərə uğurlu yol arzulamışdır.