Yenikənd kəndində səyyar qəbul keçirilmişdir
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Yenikənd kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov ötən görüşdən sonra kənddə görülmüş işlər, rayonun sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması, kənd təsərrüfatının inkişafının stimullaşdırılması və digər sahələrdə aparılan tədbirlər barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, rayonumuzun inkişafı, infrastrukturun layihələrinin həyata keçirilməsi işləri çərçivəsində hazırda Bakı - Rusiya Federasiyası avtomobil yolundan Yenikənd kəndindən keçməklə Tuğay kəndinin mərkəzinədək uzanan yol əsaslı təmir edilir. Bundan başqa nümayəndəliyin ərazisindəki Tuğay kəndində yeni modul tipli məktəb binasının tikintisi də davam edir.
Daha sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Çıxış edən kənd sakinləri kəndin içməli su, təbii qaz təminatında olan bəzi problemləri qeyd etmiş, kənd məktəbin əsaslı təmiri, yeni tibb məntəqəsinin tikilməsi barədə xahişlərini çatdırmışlar. İcra Hakimiyyətinin başçısı vətəndaşların müraciətləri ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.