Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinə həsr olunmuş sərgi keçirilmişdir.

23 fevral 2018 | 16:00

Siyəzən rayonunun ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı faciəsi xalqımıza qarşı törədilmiş ən böyük cinayətdir” mövzusunda Siyəzən Rayon Gənclər və İdman İdarəsi və  Təhsil Şöbəsi tərəfindən 6 fevral 2018-ci il tarixdə elan edilmiş rəsm müsabiqəsi başa çatıb. Bununla əlaqədar bu gün Siyəzən şəhər Gənclər Mərkəzində müsabiqəyə təqdim olunan rəsmlərdən ibarət sərgi təşkil edilmişdi. Sərgidə rayonun 15 ümumtəhsil məktəbi və rəsm dərnəyindən faciəni əks etdirən 60-dan çox əl işi nümayiş olunurdu. Tədbir iştirakçıları əvvəlcə sərgidə toplanan əl işləri ilə yaxından tanış oldular. Tədbirdə qeyd edildi ki, Xocalı soqyırımına həsr edilən müsabiqədə yeniyetmə və gənclərimizin fəallıq nümayiş etdirməsi vətənpərvər ruhlu gənc nəslin yetişdiyini göstərir. Sonda seçilmiş əsərlərin müəlliflərinə idarə tərəfindən fəxri fərmanlar təqdim olundu. Müsabiqənin nəticəsinə əsasən Uşaq İncəsənət Məktəbinin şagirdi Mütəllimova Aytac I, Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdi Bəylərova Sevinc II, Gilgilçay qəsəbə tam orta məktəbin və Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Əliyeva Pərvanə və Musazadə Zərnişan III yerə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Soltanov Sənan, şəhər 3 saylı tam orta məktəbin şagirdi Qəniyev Səlim, inteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdi Ağasıyeva İlahə, Zarat kənd tam orta məktəbin şagirdi Rüstəmova Amanə, Uşaq İncəsənət Məktəbinin şagirdi Hüseynov Səyyad və Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdi Zeynalova Ləman isə həvəsləndirici yerlərə layiq görüldülər.

 

 

 

 

Keçidlər