Maarifləndirici təbdir keçirilmişdir
15 noyabr 2017-ci il tarixdə Siyəzən Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbənin və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkliatçılığı ilə “Vətən sevgisi imandandır” adlı maariflədirici tədbir keçirilmişdir. Tədbirdə Siyəzən şəhər ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri, dindarlar, yeniyetmə və gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov Respublikamızda uşaqların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şəraitin yaradıldığını, məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini, gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndirmənin mühüm əhəmiyyəti olduğunu bildirmişdir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev dini radikalizm, ekstremizm və onların fəsadları haqqında ətraflı məlumat verərək, müsəlman ölkələri arasında İslam həmrəyliyinin vacibliyini vurğulamış və Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında danışmışdır. Bildirilmişdir ki, filmin çəkilməsində əsas məqsəd yeniyetmə və gənclərin dini radikalizmdən, dini ekstremizmdən qorunması və onlarda vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsidir.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunmuşdur.