Konstitusiya günü münasibətilə dəyirmi masa keçirilmişdir
Bu gün Siyəzən şəhər Heydər Əliyev Mərkəzində 12 Noyabr - Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirilmişdir. Tədbiri Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova açaraq bayram münasibətilə iştiarakçıları təbrik etmiş və bildirmişdir ki, 22 il əvvəl - 12 noyabr 1995-ci ildə keçirilmiş referendumda müstəqil dövlətimizin tarixində ilk dəfə olaraq ölkəmizin Əsas Qanunu - Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Ümummilli Liderimiz, müdrik siyasətçi və böyük vətənpərvər Heydər Əliyevin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən əsas amil olmuşdur. Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində möhkəm təməl yaratmışdır. Qeyd edimişdir ki, qəbul edilmiş Konstitusiyada əhalinin bütün təbəqələrinin tam hüquq bərabərliyi nəzərdə tutulmuş və ölkədə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilmişdir. Konstitusiya ölkəmizdə demokratik dəyişikliklərə yol açmış və bütün sahələrdə inkişafa təkan vermişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatı Hüquq şöbəsinin məsləhətçisi Gülnar İlyasova Konstitusiya Günü ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Şəmşad Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova çıxış etmişlər.
Tədbirin sonunda Konstitusiya Günü ilə əlaqədar videofilmə baxış keçirilmişdir.