Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilmişdir.

10 noyabr 2017 | 16:00

Noyabrın 10-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Quba Regional  Mərkəzi  Siyəzən Rayon İcra Hakimiyyəti ilə birgə Siyəzən şəhər 3 saylı tam orta məktəbdə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirmişdir. Tədbirdə  məktəbin rəhbərliyi, pedaqoji kollektiv və yuxarı sinif şagirdləri iştirak etmişdir.

Tədbirdə dövlət tərəfindən ölkədə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edilmişdir. Müstəqillik illərində əldə edilən uğurlar barədə məlumat verilmiş, ölkə rəhbərinin bütün sahələrlə yanaşı təhsil sahəsinə də xüsusi diqqət göstərdiyi qeyd edilmişdir. Müzakirələr zamanı din və cəmiyyət, dövlət və din münasibətlərinin başlıca istiqamətlərinə toxunulmuş, dövlətin dinə yanaşmasının əsas meyarları iştirakçıların diqqətinə çatdırılaraq müasir inkişaf yolunu tutan Azərbaycan dövlətinin milli-dini dəyərlərə böyük əhəmiyyət verildiyi bildirilmişdir. Sonda iştirakçıların sualları cavablandırılmışdır. 

 

  

Keçidlər