Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət müstəqilliyi günü münasibətilə dəyirmi masa keçirilmişdir.

17 oktyabr 2017 | 16:00

Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzinin konfrans zalında 18 Oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə dəyirmi masa keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlamışdır. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova giriş sözü ilə çıxış edərək müstəqillik tariximiz, onun əldə olunduğu dövrdəki tarixi çətinliklər barədə danışdı. Qeyd olundu ki, min illər boyu bütün sınaqlara ləyaqətlə sinə gərmiş Azərbaycan xalqı bu dövrdə də milli birliyini ortaya qoymuş və öz müstəqilliyinə qovuşmuşdur. Lakin həmin dövrdə ölkəmizin müharibə şəraitində olması və iqtisadi, siyasi durumunun ağırlığı dövlətçiliyimizi təhlükə altına almışdı.  1993-cü ildə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin yüksək idarəçilik bacarığı sayəsində dövlətimiz bu təhlükədən qurtuldu və sürətli inkişaf mərhələsinə qədəm qoydu. 2003-cü ildən sonra isə bu missiya Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 

Tədbirdə daha sonra Heydər Əliyev Mərkəzinin direktoru  Ramilə Seyidova, Siyəzən Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Şəms Hüseynova və Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xaqani Bəşirov mövzu ilə bağlı çıxış etdilər.

Sonda müstəqillik tariximizlə bağlı videofilmə baxış keçirildi.

 

 

Keçidlər