Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisi davam edir

12 avqust 2017 | 16:00

İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən ümumi  uzunluğu 24,844 km olan Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunda aparılan tikinti işləri sürətlə davam etdirilir. İnşası “Azəravtoyol” Açıq səhmdar cəmiyyəti tərəfindən aparılan 3-cü texniki dərəcəli, 2 hərəkət zolaqlı, ümumi eni 12 metr olan yolun kənarlarında 2,5 metr enində çiyinlər qurularaq  7 metr enində yol əsasının salınması işləri aparılır ki, bu işlərin də böyük hissəsi görülmüşdür. Yol əsasının salınması yekunlaşdıqdan sonra yolun asfaltlanmasına başlanılacaqdır.

  

 

 

 

 

 

Keçidlər