Müşavirə keçirilmişdir.
Bu gün Siyəzən Rayon İcra Hakimiyyətində Qax rayonunda 4 avqust 2017-ci il tarixdə keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidentiİ cənab İham Əiyevin verdiyi tapşırıqların icrası ilə əlaqədar Siyəzən rayonunda görüləcək işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə numayəndələri, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, aqrar sektorda çalışan sahibkarlar iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov çıxış edərək bildirmişdir ki, bir neçə gün əvvəl Qax rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açaraq son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafına geniş yer ayrıldığını, bu sahənin inkişafının ardıcıl həyata keçirilməsi üçün çoxsaylı Dövlət Proqramlarının qəbul olunduğunu, ən vacibi isə iş adamları və fermerlərə geniş dövlət dəstəyinin olduğunu bildirdi. Cənab Prezident bütün bölgələrdə olduğu kimi şimal-qərb zonasında da çox sürətli inkişaf getdiyini, buraya həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulduğunu, ancaq burada əsas investisiya qoyuluşu payının dövlətin üzərinə düşdüyünü də qeyd etdi. Ölkə başçısı müşavirənin bu bölgəyə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafına həsr olunduğunu bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar-sənaye kompleksinin inkişafı sahəsində tapşırıqlarının rayonda yerinə yetirilməsi istiqamətində görülən işlər barədə danışdı.
Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zəfər Əliyev çıxış edərək bildirdi ki, 2015- ci ilədək Siyəzən rayonu ərazisində həyətyanı bağlarda 9 hektar fındıq bağı olmuşdur. Sonrakı müddətdə həyətyanı bağlarda 6 fındıq hektar əkilmiş və rayonda fındıq bağlarının sahəsi 15 hektara çatmışdır. Bu sahənin inkişafı ilə bağlı tərəfimizdən bir sıra tədbirlər həyata keçirilmiş, kənd əhalisi arasında maarifləndirmə işləri aparılmışdır. Ölkədə fındıqçılığın inkişafı üçün yaradılmış münbit şəraitdən Siyəzən rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçıları da yararlanmışdır. 2016-cı ilin payız mövsümündə rayon ərazisində bələdiyyə mulkiyyəti və pay torpaqlarında 100 hektar yeni fındıq bağları salınmış və bu istiqamətdə işlər davam etdirilir.
Daha sonra Siyəzən Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Ənvər Hüseynov rayonda aqrar sahədə görülən işlərlə əlaqədar ətraflı məlumat vermişdir.
Tədbirdə aqrar sahənin potensialı və imkanları öyrənilmiş, eyni zamanda, mövcud problemlər, onların aradan qaldırılması lə bağlı fikir mübadiləsi aparılmışdır.