Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransı keçirilmişdir.

12 iyul 2017 | 16:00

Bu gün Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransı keçirilmişdir.
   Konfransda Siyəzən Rayon İcra Hakiyyətinin başçısı Asif Hüseynov, Milli Məclisin deputatı Tahir Süleymanov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov  iştirak edirdi.
    Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider  Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
      Daha sonra konfrans öz işini rayon Mədəniyyət Mərkəzinin akt zalında davam etdirdi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov təşkilatın hesabat  dövrü ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış etdi. Qeyd edildi ki, bu konfrans həm də təşkilatın VI konfransından sonrakı dövrünün hesabatıdır. Hesabat dövründə YAP Siyəzən rayon təşkilatı öz fəaliyyətini Ulu Öndər  Heydər Əliyev ideyalarının, Yeni Azərbaycan Partiyasının V Qurultayında partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə  yetirməsinə yönəltmişdir. Rayonun ictimai-siyasi həyatında aparıcı rola malik  olan YAP rayon təşkilatı işini daim Rayon İcra Hakimiyyəti ilə sıx əlaqədə qurur və Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək rayonumuzun inkişafı üçün var qüvvəsi ilə çalışır.
      2013-cü  ilin  iyul  ayının 18-də Partiyamızın sədri  cənab Prezidentimiz  İlham Əliyevin  iştirakı ilə  YAP Siyəzən rayon təşkilatının yeni binasının  açılışı  olmuşdur. Təşkilatın 6 nəfər ştatlı işçisi var.
    Hazırda YAP Siyəzən rayon təşkilatının 42 ərazi ilk partiya təşkilatında  3551 nəfər partiya üzvü uçotdadır. Onlardan 1570 (45,4%) nəfəri qadın, 756 ( 21.6%) nəfəri gənclərdir. Hesabat dövrü ərzində rayon təşkilatına 689 nəfər partiya üzvlüyünə qəbul edilmişdir ki, onların əksəriyyətini gənclər təşkil edir.
       Rayonun bütün bələdiyyə ərazilərində ilk partiya təşkilatları fəaliyyət göstərir.
      YAP Siyəzən rayon təşkilatının İdarə Heyətində təsdiq edilmiş iş planına uyğun olaraq ayda bir dəfə İdarə Heyətinin iclasları, rübdə bir dəfə isə Şura iclası keçirilir. İdarə Heyətində hər bir ərazi ilk partiya təşkilatının gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə edilərək müvafiq qərarlar qəbul edilir. Hesabat dövründə Gənclər Birliyinin, Qadınlar Şurasının, rayon təşkilatı aparatının işi daha da genişləndirilmiş, rayon təşkilatının ərazi ilk təşkilatları ilə əlaqələri möhkəmləndirilmiş və partiya maarifçilik işi gücləndirilmişdir.
       Konfransda  Nəzarət-Təftiş qrupunun  hesabat dövrü ərzindəki fəaliyyəti barədə məlumat verildi.
Millət vəkilləri Tahir Süleymanov, Hikmət Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi  şərəfli tarixi yol barədə məlumat verdilər. Qeyd edildi ki, Ulu Öndərin irsini gələcək nəsillərə çatdırmaq  hər birimizin borcudur. Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, əhalinin sosial şəraitinin yaxşılaşdırılması yönümündə qəbul etdiyi qərarlar  göz önündədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin  hər bir partiya üzvü qarşısında qoyduğu vəzifə, Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçməyən ali ideyalarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına, tərəqqisinə daim xidmət göstərməsidir:  “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin və qüdrətli dövlətə çevriləcək”.
     Konfrans nümayəndələrindən Zəfər Əliyev, Azər Babayev, Akif Xıdırov,  Ramilə Seyidova, Samir Baxşıyev çıxış etdilər.
      Konfransda daha sonra təşkilati məsələlərə baxılmışdır.
     Tədbirin sonunda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Aərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirdi. O, təşkilatın üzvlərinin rayonun ictimai-siyasi tədbirlərində fəal  iştirakını qeyd etdi və  bütün partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

Keçidlər