2023-cü il - "Heydər Əliyev ili" çərçivəsində
19 aprel 2023 | 15:18
Bu gün Siyəzən Rayon İcra Hakimiyyəti, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombusmanın) Şimal Regional Mərkəzi və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2023-cü il - "Heydər Əliyev ili" çərçivəsində Gənclər evində "Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli birlik: tolerantlıq, multikultural dəyərlər və Azərbaycançılıq" mövzusunda tədbir keçirilmişdir. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olmuşlar. Tədbirdə rayonun din xadimləri, ictimaiyyət nümayəndələri, idarə, müəssisə və təşkilatlarda çalışan işçilər iştirak etmişdir. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yaratdığı milli birlikdən, tolerantlıqdan, multikultural dəyərlərdən və Azərbaycançılıq məfkurəsindən geniş söhbət açmışlar.
Tədbirin sonunda rayonda mədəni, mənəvi dəyərlərin təbliğində fərqləndiyinə görə Siyəzən "Cümə" məscidinin dini icmasının sədri Qənimət Pirəliyevə Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı təqdim edilmişdir.