2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2016-cı ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.
İclası giriş söz ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, həmçinin cari ildə rayonda görülmüş abadlıq və quruculuq, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun artırılması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verdi. Daha sonra müzakirə olunan məsələ ilə əlaqədar geniş məruzə dinlənilmişdir.
Məruzə dinlənildikdən sonra Siyəzən rayon təhsil şöbəsinin müdiri Rəfayil Hacıyev, Siyəzən rayonu üzrə maliyyə şöbəsinin rəisi Samir Nemətov hesabat dövründə rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlərdən danışmış və geniş müzakirələr aparılmışdır.
Sonda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Siyəzən rayonunda 2016-cı ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Şura iclası müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.