Şriftin ölçüsü :

Saytın rəngi :

Yolların asfaltlaşdırılması davam edir.

19 avqust 2016 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən Siyəzən şəhərində abadlıq və quruculuq işləri, həmçinin yolların  təmiri nəzərdə tutulmuş ardıcıllıqla davam etdirilir. Şəhərin M.Füzuli, M.Şəhriyar, Babək, T.İsmayılov, H.Aslanov, 20 Yanvar və digər küçələrindən sonra Nizami küçəsində də yollara asfalt örtüyünün qoyulması işlərinə başlanılmışdır. Artıq bir neçə gündür ki, başlanmış işlər çərçivəsində yolun yatağı hamarlanaraq bərkidilmiş və asfalt örtüyünün verilməsinə başlanılmışdır.  Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov  bü gün ərazidə görülən işlərlə tanış olmaq üçün buraya gəlmiş, işlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir. 

 

 

  

 

Keçidlər