20 Sentyabr - Neftçilər Günü münasibətilə
Rayonumuzun əziz neftçiləri!
Sizi 20 Sentyabr - Neftçilər Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə müvəffəqiyyətlər, möhkəm cansağlığı arzulayıram.
Azərbaycan qədim zamanlardan dünyada “Odlar diyarı” - neft və qaz ölkəsi kimi tanınır. Siyəzən rayonu da daim ölkənin neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş etmişdir. Bu gün Siyəzən rayonunda yüzlərlə neftçi ailəsi var ki, bu insanlar rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatında mühüm yer tuturlar.
Bu gün də ölkəmiz neft və qaz ixracatçısı kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Möhtərəm Prezidentimizin rəhbərliyi ilə enerji siyasətimizdə qazanılan uğurların aparıcı qüvvəsi də məhz neftçilərdir.
Əziz neftçilər!
Hər birimiz üçün əziz olan bu əlamətdar gündə sizi bir daha səmimi qəlbdən təbrik edir, ən xoş diləklərimi bildirir, Vətənimiz Azərbaycanın daha işıqlı sabahı naminə yorulmaz fəaliyyətinizdə sizlərə daha böyük uğurlar arzulayıram.
Novruz Novruzov