20 oktyabr – Energetiklər Günü münasibətilə Siyəzən rayonunda tədbir keçirilmişdir
20 oktyabr 2025 | 14:49
20 oktyabr – Energetiklər Günü münasibətilə Siyəzən rayonunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüşlər. Daha sonra onlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tədbir çərçivəsində iştirakçılar həmçinin Siyəzən Şəhidlər xiyabanını ziyarət edərək əbədi məşəlin önünə gül dəstələri düzmüşlər.
Energetika sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup əməkdaş Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.






