Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir

02 fevral 2026 | 12:40
Siyəzən şəhər 2 saylı tam orta ümumtəhsil məktəbin akt zalında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan gənclərinin cəmiyyətin inkişafında oynadığı mühüm roldan, dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan bəhs etmiş, onların elmə, təhsilə, idmana və vətənpərvərliyə yönəlmiş fəaliyyətlərini yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, gənclər ölkəmizin gələcəyidir və onların potensialının düzgün istiqamətləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir.
Tədbir çərçivəsində fəal gənclər və məktəbin ictimai həyatında fərqlənən gənc müəllimlər təşəkkürnamə və fəxri fərmanlarla təltif olunmuş, bədii hissədə şeirlər səsləndirilmiş, musiqi və rəqs nömrələri nümayiş etdirilmişdir. Sonda iştirakçılar gənclərə uğurlar arzulamış, bu kimi tədbirlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verdiyini vurğulamışlar.
Keçidlər