Böyük Həmyə kəndində növbəti dəfə səyyər qəbul keçirilmişdir.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Böyük Həmyə kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov ötən görüşdən sonra kənddə görülmüş işlər, rayonun sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması, kənd təsərrüfatının inkişafının stimullaşdırılması və digər sahələrdə aparılan tədbirlər barədə məlumat verilmişdir.
Daha sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd ağsaqqallarından Hüseynağa Ağamalıyev, Baba Zeynalov çıxış edərək qısa müddətdə kəndin suvarma və içməli su ilə təminatının yaxşılaşdırılmasına görə İcra Hakimiyyətinin başçısına sakinlər adından təşəkkürlərini bildirmişlər. Daha sonra söz alan vətəndaşların müraciəti əsasən kənd yolunda aparılan yenidənqurma işlərinin sürətləndirilməsi barədə olmuşdur. İcra Hakimiyyətinin başçısı bu və qaldırılmış digər məsələlərin ciddi nəzarətdə saxlanıldığını bildirmişdir.