Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

20 iyul 2016 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2016-cl ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.

 

İclası giriş söz ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, həmçinin cari ildə rayonda görülmüş abadlıq və quruculuq, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun artırılması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verdi.  Daha sonra  Rayon İcra Hakimiyyətinin başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zəfər Əliyev məsələ ilə əlaqədar geniş məruzə ilə çıxış etmişdir.

Məruzə dinlənildikdən sonra Siyəzən rayonu üzrə maliyyə şöbəsinin rəisi Samir Nemətov, Siyəzən rayon elektrik şəbəkəsinin rəisi  Namiz Məhərrəmov hesabat dövründə rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlərdən danışmış və geniş müzakirələr aparılmışdır.

 

 

Sonda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Siyəzən rayonunda 2016-cı ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Şura iclası müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.

Keçidlər