Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Quba rayonunda vətəndaşların qəbulunu keçirəcək.

12 iyul 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam  edir.

15 iyul  2016-cı il tarixdə, saat 11:00-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Quba  rayonunda,  Heydər Əliyev mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı  rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.

Keçidlər