Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü qeyd edilmişdir.

14 iyun 2016 | 16:00

2016-cı il 14 iyun tarixdə Siyəzən Rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə iştirak edən Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil oldu. Həmin gün Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk olundu. Xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra ölkədə vəziyyət sabitləşdi, siyasi, iqtisadi sabitlik təmin edildi və Azərbaycan inkişaf etməyə başladı. O dövrdən başlayaraq bu günə qədər ölkəmiz sürətlə inkişaf edir. Müasir Azərbaycan dövlətinin memarı, qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz dahi şəxsiyyətdir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar dahi Heydər Əliyevin adı ilə bağlıdır.

Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Xumara Abdullayeva, rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova və Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Şəms Hüseynova və digərləri çıxış edərək qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyevin uzun dövrə hesablanmış strateji siyasət kursunu xalqın və dövlətin maraqlarına uyğun, müvəffəqiyyətlə inkişaf etdirməyiniz sayəsində ölkə həyatının bütün sahələrində davamlı tərəqqiyə nail olunmuş, respublikamızın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə köklü sosial-iqtisadi islahatlar, dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələr həyata keçirilir, iqtisadiyyatımız dönmədən inkişaf edir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Ölkəmiz multikulturalizmin, tolerantlığın məkanı kimi mədəniyyətlə, sivilizasiyalar dialoqu ilə bağlı forumlara, mühüm beynəlxalq tədbirlərə və mötəbər idman yarışlarına ev sahibliyi edir. Biz inanırıq ki, Azərbaycan Respublikası əbədi müstəqilliyinə, ərazi bütövlüyünün bərpasına, dünyanın ən inkişaf etmiş ölkələr sırasında layiqli mövqe tutmasına məhz cənab İlham Əliyevin rəhbərliyi ilə  nail olacaqdır.

 

  

  

Keçidlər