Yollara asfalt örtüyü verilməsi davam edir.
14 iyun 2016 | 16:00
Siyəzən şəhərində abadlıq işləri davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov şəhərin H.Aslanov və M.P.Vaqif küçələrində görülən işlərlə tanış olmuşdur. Həmin yollar uzun müddət təmir olunmadığında xüsusilə piyadalar payız-qış aylarında çətlinliklə üzləşirdilər. Rayon İcra Hakimiyyəti başçısı tapşırıqlarına əsasən görülən işlərinin vəziyyəti ilə maraqlanmış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.