Şriftin ölçüsü :

Saytın rəngi :

Şura iclası keçirilmişdir

03 iyun 2016 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın "Siyəzən rayonunun məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinqlərin nəticələri haqqında” məsələnin müzakirəsi ilə əlaqədar  növbəti iclası keçirilmişdir. İclasda rayonun uşaq bağçalarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.

Gündəlikdə olan məsələ ilə bağlı Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin hazırladığı geniş arayış dinlənilmiş və müzakirələr aparılmışdır.

 

   

  

 

İclasda çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin  başçısı cənab Asif Hüseynov rayonun məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin günün tələblərini səviyyəsində qurulması, qeyd olunan nöqsan və çatışmazlıqların  tam aradan qaldırılması ilə əlaqədar tapşırıq və tövsiyələrini vermişdir.

Sonda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.

Keçidlər