28 May - Respublika Günü münasibətilə dəyirmi masa keçirilmişdir
Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbiri açan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova iştirakçıları bayram münasibətilə təbrik edərək şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tarixində şərəfli yer tutması barədə danışmişdır. Daha sonra Siyəzən şəhər 2 saylı tam orta məktəbin müəllimi Səadət Əsədullayeva geniş məruzə ilə çıxış etmişdir. Siyəzən Rayon Təhsil Şöbəsi Metodkabinetin direktoru Cəfər Bağırov, 6 saylı məktəb-liseyin müəllimi Pərvin Ağasıyev, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Şəms Hüseynova çıxış edərək müasir dövlətimizin 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın dövlətçilik təməli üzərində Ulu öndər Heydər Əliyev tərəfindən yenidən yaradıldğını qeyd etmişlər. Bildirilmişdir ki, məhz Ümummilli lider Heydər Əliyevin dövlətçlik prinsipləri ilə idarə olunan ölkəmiz bu gün inkişaf edən dövlətlər sırasında ön yerləri tutur. Çıxış edənlər əmin olduqlarını bildirmişlər ki, bu prinsiplərə sadiq olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz öz sürətli inkişafını bundan sonra da davam etdirəcək, daha da qüdrətlənəcəkdir.