Zarat kəndində növbəti səyyar qəbul keçirilmişdir
Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun Zarat kəndində növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Zarat kəndində ötən qəbuldan sonra görülmüş işlər, əhalinin məşğulluğu, kənd təsərrüfatının inkişafı və digər sahələrdə həyata keçirilən tədbirlər barədə danışmışmış
Bundan sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri öz müraciətlərində əsasən elektrik xətlərinin təmiri, kənddaxili suvarma arxlarının genişləndirilməsi və s. məsələlər barədə təklif və xahişlərini çatdırmışlar. Qaldırılan məsələlərin həlli ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Görüşdən sonra İcra Hakimiyyətinin başçısı kəndin problemləri işə yerində tanış olmaq üçün sakinlərlə ərazini gəzmişdir.