Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq işləri davam etdirilir

13 may 2016 | 16:00

Siyəzən şəhərində abadlıq işləri davam etdirilir. Bu gün Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov şəhərin Hökmulla Talıbov küçəsini Xətai küçəsi ilə birləşdirən yolda görülən işlərlə tanış olmuşdur. Həmin yol bu və ətraf küçələrdə yaşayan sakinlərin ən çox istifadə etdikləri yol olmaqla uzun müddət idi ki, təmir olunmurdu.  Xüsusilə piyadalar payız-qış aylarında şəhərin mərkəzənə gedərkən çətlinliklə üzləşirdilər. Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən təmir işləri görülməklə yanaşı yolun kənarında piyada səkisinin də tikintisi işlərinə başlanılmışdır. İcra Hakimiyyətinin başçısı tikinti işlərinin vəziyyəti ilə maraqlanmış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Ətraf küçələrdə yaşayan sakinlərlə görüşən cənab Asif Hüseynov onların problemləri ilə maraqlanmışdır. Vətəndaşlar diqqət və qayğıya, həmçinin görülən işlər görə minnətdarlıqlarını bildirmişlər.

 

  

 

    

Keçidlər