Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilmişdir.
Bu gün rayonumuzda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilmişdir. Əvvəlcə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Ulu öndərin Siyəzən şəhərindəki abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək xatirəsini hörmətlə yad etmişlər. Daha sonra ağacəkmə iməcliyi keçirilmişdir. İməclikdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, yerli sakinlər, ümumilikdə 1000 nəfərdən artıq şəxs iştirak etmişdir. Tədbir çərçivəsində Siyəzən şəhərinin şimal girişindən Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunadək uzanan magistral yolun hər iki tərəfində, Siyəzən şəhərinin cənub girişindən “Siyəzən-Məşrif” avtomobil yolunun başlanğıcınadək, şəhərin Heydər Əliyev və digər küçələrində 3000-dək ağac və gül kolları əkilmişdir. Bundan başqa mövcud yaşıllıqlara da qulluq göstərilmiş, suvarma və təmizlik işləri aparılmışdır.