Şriftin ölçüsü :

Saytın rəngi :

Dəyirmi masa keçirilmişdir.

05 may 2016 | 16:00

05 may 2016-cı il tarixdə  Siyəzən şəhərindəki  Heydər Əliyev Mərkəzində  “Heydər Əliyev şəxsiyyəti multicultural və tolerant dəyərlər işığında” adlı dəyirmi masa keçirilmişdir.  Mərkəzin direktoru Ramilə Seyidova çıxış edərək qeyd etmişdir  ki,  tədbiri dövlət siyasətinin prioritet istiqamətlərinin biri kimi müəyyən edilən aktual və əhəmiyyəli bir movzuya həsr etmişik. Azərbaycan əsrlər boyu özünün multikulturalizm ənənələri ilə region və dünya ölkələrinə nümunə olub.  Bəs ümumiyyətlə multikulturalizm nədir? Sözün semantikası ingilis dilindən hərfi tərcümədən çoxmədəniyyətlilik (multi-çox, culture-mədəniyyət) anlamına gəlir. Çox mədəniyyətlilik dedikdə isə, ilk növbədə etnik, irqi, dini-mədəni müxtəlifliklər və dəyərlərin toplumu nəzərdə tutulur. Elmi ədəbiyyətda verilən məlumatlara görə multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. Dünya ölkələri bu terminlə 60-cı illərdən tanışdır. Termin olaraq multikulturalizm Azərbacanın ictimai-siyasi fikir tarixinə yeni daxil olsa da, ona qədər biz bu anlayışa mədəni müxtəliflik kimi yanaşmışıq. Multikulturalizm mədəniyyətlər və dinlər arasında bir ünsiyyətdir.  Bu ünsiyyətin arasında 3 amil durur: Tolerantlıq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət. Azərbaycanda multikulturalizmə 2 cür yanaşma vardır: 1. Etnik qrupların birgə yaşayışı (Azərbaycan modeli). 2. Kanada modeli - qaynayan qazan (Meltinqpot). Bu yanaşmalardan ən doğrusu Azərbaycan modelidir ki, bir başa dövlət tərəfindən qorunur. Biz bu gün multikulturalizmı bir model kimi təqdim edirik, nümunə kimi göstəririk. Azərbaycan multikulturalizmi dərin köklərdən ibarətdir. Əminliklə deyə bilərik ki, Azərbaycanda multikulturalizmin banisi böyük Azərbaycansevər Heydər Əliyevdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynamışdır. Heydər Əliyev hər zaman qeyd edərdi:  “Tolerantlıq yüksək mədəniyyətin göstəricisidir”. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik  ənənəsini inkişaf etdirdi, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi fəaliyyət indi möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük inamla davam etdirilir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı ilin Azərbaycanda  “Multikulturalizm ili”  elan edilməsi ilə bağlı imzaladığı Sərəncam bir daha göstərir ki, Azərbaycan bu gün dünyanın dini və irqi çaxnaşmalar, müharibələrlə çalxalandığı bir dövrdə bərabər hüquqlarla birgə yaşam diyarına çevrilə bilib.  R. Seyidova rayonda multikultralizmin təbliği və bu sahədə görülən işlər barədə ətraflı məlumat verdi.

  

Daha sonra Siyəzən Rayon İcra Hakimiyyətinin İctimai-siyası və hümanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov çıxış edərək bildirdi ki, Azərbaycan milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmışlar. Cənab Prezident İlham Əliyev son 12 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Hazırda Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmləndirilməsi sahəsində görülən işlər nəticəsində respublikamızda rəsmi olaraq 598 dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 577-si İslam, 21-i qeyri-islam təmayüllü dini icmadır. Eyni zamanda ölkəmizdə 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Gəncədəki “İmamzadə” kompleksi, Azərbaycan və şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi artıq dindarların istifadəsinə verilmişdir. Bütün bunlar bir daha göstərir ki, ölkə başçısı tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli mənəvi dünyasına daha çox bağlı olsunlar.

 

 

Tədbir  mövzu ətrafında ümumi diskusiyalarla davam etdi. Tədbirin sonunda “Multikulturalizm ili” adlı videofilm nümayiş etdirildi və iştirakçılar Heydər Əliyev Mərkəzində milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə yaradılan guşə ilə tanış oldular.

 

  

Keçidlər