Şriftin ölçüsü :

Saytın rəngi :

18 Noyabr tarixində növbəti səyyar qəbul keçirilmişdir

18 noyabr 2022 | 17:02

Noyabrın 18-i Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Tofiq İsmayılov küçəsi 5, 8 - 16 nömrəli binaların sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Qeyd: Növbəti səyyar qəbul noyabr ayının 25-i saat 11:00-da "Gənclik" xeyir-şər evində Hökmulla Talıbov, Əzim Əzimzadə, Bəybala Abbasov, Asəf Zeynallı, Ələsgər Ələkbərov və Tahir Salahov küçələrinin sakinləri ilə keçiriləcək.

Keçidlər