Şriftin ölçüsü :

Saytın rəngi :

Soyqırım qurbanları yad edilmişdir.

31 mart 2016 | 16:00

Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində 31 Mart -  Azərbaycanlıların Soyqırımı Günü  ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Eyvazova iştirak edirdi.

Əvvəlcə  soyqırım şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş nitqi ilə Mərkəzin direktoru  Ramilə Seyidova açaraq bildirdi ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı amansız  törətdikləri qırğın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 31 Mart Soyqırımı Gününün həqiqətləri  haqqında Heydər Əliyev Mərkəzinin əməkdaşı Nigar Muxtəsənova, Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova geniş məruzə ilə çıxış etdilər. Daha sonra bu dəhşətli hadisələrə həsr edilmiş video çarxa baxıldı.

Tədbirdən sonra  31 Mart  - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar minlərlə soydaşımız kimi Siyəzən rayonun ictimaiyyət nümayəndələri də Quba rayonuna yola düşərək buradakı  Soyqırım Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmiş, soyqırım qurbanlarını xatirəsini ehtiramla anmışlar.

 

 

  

  

Keçidlər