Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Quşçu kəndində səyyar görüş keçirilmişdir.

18 mart 2016 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov  Dağ Quşçu kəndində  sakinlərlə görüşmüşdür. Görüşdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçiriən belə səyyar görüşlərin əhəmiyyəti barədə danışmış və qeyd etmişdir ki, sakinlərlə yerlərdə baş tutan hər bir qəbul həmin yaşayış məntəqəsinin problemləri ilə bilavasitə tanış olmaq, əhalinin güzəranı və məşğulluq məsələlərini öyrənmək baxımından çox əhəmiyyətlidir.   

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd ağsaqqalları -  Mirzəməmməd Cəfərov, Əli Rəhmanov və digərləri İcra Hakimiyyətinin başçısına kəndə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Vətəndaşlar müraciətləri əsasən kəndin içməli  su təminatının yaxşılaşdırılması, kənddaxili yolların cari təmiri, mal-qaranın suvarılması üçün su hövzələrinin qazılması  və kəndə təbii qaz çəkilməsi barədə olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı  qeyd edilmiş məsələlərin diqqət mərkəzində saxlanılacağını və həlli üçün artıq bəzi tədbirlərin görülməsinə başlanıldığını və bu işlərin davam etdiriləcəyini bildirmişdir.

Hər bir vətəndaşın fərdi müraciətlərini də diqqətlə dinləyən İcra Hakimiyyətinin başçısı onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlarını vermişdir.

 

  

 

 

 

 

Keçidlər