Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq işlərinə başlanılmışdır.

16 mart 2016 | 16:00

Artıq yurdumuza yaz gəlir. Havalar isindikcə hər yerdə olduğu kimi rayonumuzda abadlıq və quruculuq işləri daha geniş vüsət almaqdadır. Artıq  rayon mərkəzində yolların təmiri işləri görülməkdədir. Cari ildə planlaşdırıldığı kimi ilk olaraq  H.Talıbov küçəsində yolların asfaltlanması işlərinə başlanılmışdır. Belə ki, həmin küçəni Bakı - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə birləşdirən 250 m-lik yola  birinci dəfə asfalt örtüyü döşənmişdir. Bu yol uzun müddət bundan əvvəl salınsa da çınqıl örtüklü olmuş, xüsusilə yağmurlu havalarda bu yolda gediş-gəlişdə böyük çətinliklər yaşanırdı.

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov əraziyə gələrək  görülən işlərlə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir. İcra Hakimiyyəti başçısının tapşırığına əsasən asfalt örtüyü qoyulan yolun kənarında piyada səkisi də tikiləcək, işıqlandırma sistemi qurulacaqdır.

 

  

 

 

 

Keçidlər