Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və təbii sərvətlər naziri Siyəzəndə şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

16 mart 2016 | 16:00

Martın 16-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov  şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

 

 

 

Qəbul zamanı Siyəzən, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yaşayan 40-a yaxın vətəndaşın təklif və müraciətləri dinlənilib, şikayətlərinə baxılıb. Müraciətlər əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, bioresurslar və s. məsələlərlə bağlı olub.

Hər bir vətəndaşın müraciətini dinləyən nazir şikayətlərin qanunvericiliyə uyğun qısa müddət ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılan digər məsələlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlərlə bağlı vətəndaşlara izahat verilib, həmin müraciətlər aidiyyəti dövlət qurumlarına çatdırılması üçün qeydiyyata alınıb.

 

 

Keçidlər