Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub

15 mart 2016 | 16:00

12 mart 2016-cı il tarixdən  Siyəzən şəhərindəki "Xətai" ticarət mərkəzində Novruz bayramı münasibətilə  kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkasının keçirilməsinə başlanılmışdır. Satışa əhalinin təlabatına uyğun olan kənd təsərrüfatı məhsulları çıxarılır.

Bayram yarmarkası hər gün səhər saatlarından fəaliyyətə başlayır. Qiymətlər daha  ucuz olduğundan yüzlərlə rayon sakini bayram bazarlığını yarmarkadan edir. Belə ki, yarmarkadakı məhsullar alıcılara bazar qiymətindən 20-30 faiz aşağı təklif olunur.

Satışa çıxarılan bütün məhsullar həm də keyfiyyəti, ekoloji cəhətdən təmizliyi ilə seçilir. Axşam saatlarınadək davam edən bayram yarmarkasına "Siyəzən - Broyler" ACS,  "Zarat - Quşçuluq" MMC və kənd təsərrüfatı istehsalı ilə məşğul olan fərdi sahibkarlar qatılıb. Yarmarkanın təşkili sakinlərin də ürəyincədir. Onlar bu yarmarkaların mütəmadi təşkil olunmasını arzuladıqlarını bildirmişlər.

Satış yarmarkasının keçirilməsində əsas məqsəd isə bayramqabağı əhalinin yüksək keyfiyyətli məhsullarla təmin etmək, bazarlarda süni qiymət artımının qarşısını almaqdır.

Yarmarkanın mart ayının 20-dək keçirilməsi  nəzərdə tutulur.

 

 

 

Keçidlər