Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Sədan kəndində sakinlərlə görüşmüşdür.

03 mart 2016 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov  Sədan kəndinə  gələrək sakinlərlə görüşmüşdür. Görüşdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

  

Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçiriən belə səyyar görüşlərin əhəmiyyəti barədə danışmış və qeyd etmişdir ki, sakinlərlə yerlərdə baş tutan hər bir qəbul həmin yaşayış məntəqəsinin problemləri ilə bilavasitə tanış olmaq, əhalinin güzəranı və məşğulluq məsələlərini öyrənmək baxımından çox əhəmiyyətlidir.  Qeyd edilmişdir ki, hər bir dövlət məmurunun borcudur ki, vətəndaşların müraciətlərini, onları narahat edən məsələləri yerində öyrənsin və həlli istiqamətində əməli tədbirlər görsün. 

 

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri -  Adil Eldarov, Cavanşir Əfəndiyev, Vüsal Əliyev və digərləri İcra Hakimiyyətinin başçısına kəndə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Vətəndaşlar müraciətləri əsasən kəndin içməli  su  və əkin sahələrinin suvarma suyu ilə təminatındakı problemlər barədə olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı  qeyd edilmiş məsələlərin diqqət mərkəzində saxlanılacağını və həlli üçün artıq bəzi tədbirlərin görülməsinə başlanıldığını və bu işlərin davam etdiriləcəyini bildirmişdir.

  

Hər bir vətəndaşın fərdi müraciətlərini də diqqətlə dinləyən İcra Hakimiyyətinin başçısı onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlarını vermişdir.

Rayon rəhbərliyi yerli su mənbələri ilə tanış olaraq kəndin su təchizatının yaxşılaşdırılması ilə bağlı məsələləri sakinlərlə birlikdə müzakirə etmişlər.

  

    

İcra Hakimiyyətinin başçısı kənd məscidini də ziyarət etmişdir.

 

 

Keçidlər