Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanları yad edilmişdir

26 fevral 2016 | 16:00

Bu gün  XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 24 il ötür. Bununla əlaqədar Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov başda olmaqla İcra Hakimiyyətinin kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilatların kollektivləri,  rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə Siyəzən şəhərinin mərkəzindən Şəhidlər Xiyabanındakı Xocalı soyqırımı abidəsinin qarşısınadək yürüş keçirilmişdir. Yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, soyqırım qurbanlarının  xatirəsini ehtiramla yad etmişlər.

  

  

  

  

  

 

 

Keçidlər