Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir

23 fevral 2016 | 16:00

Bu gün Siyəzən şəhər Gənclər Mərkəzində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı   ilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında  Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş ən böyük cinayətdir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, daha sonra rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirmişlər.

 

 

 

8 fevral 2016-cı il tarixdə elan olunmuş müsabiqəyə 40-a yaxın rəsm əsəri təqdim olunmuşdur. Məktəblilər çəkdikləri rəsmlərdə ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı rəngli boyalarla əks etdiriblər. Tədbirdə çıxış edənlər 26 Fevral Xocalı faciəsinin təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş  ağlasığmaz  bir cinayət olduğu  qeyd etmişlər.

 

 

 

Çıxışlardan sonra müsabiqənin nəticələri elan edilmişdir. Müsabiqəyə təqdim olunan rəsmlər içərisində şəhər 4 saylı tam orta məktəbin şagirdi Baxşıyeva Fidanın rəsmi I, Məşrif kənd tam orta məktəbin şagirdi Əliyeva Xumarın rəsmi II, 6 saylı lisey-məktəbin və 1 saylı tam orta məktəbin şagirdləri Kəlbiyeva Fatimə və Babayev Elvinin əl işləri isə III yerə layiq görülmüşdür. Siyəzən şəhər  2 saylı tam orta məktəbin şagirdi Ramazanova Billurə,  3 saylı tam orta məktəbin şagirdi Dəmirova Reyhanə, 5 saylı tam orta məktəbin şagirdi Cabbarov Seyfulla, 6 saylı lisey-məktəbin şagirdi Hüseynquliyeva Röya, Zarat kənd tam orta məktəbin şagirdi Mütəllimov Fərid, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Heybətov Vüqar, Balaca Həmyə kənd tam orta məktəbin şagirdi Həsənov Şərəf və Gilgilçay qəsəbə tam orta məktəbin şagirdi Yarıyeva İlahə isə həvəsləndirici yerləri tutublar.

Tədbirin sonunda müsabiqədə yer tutmuş və fərqlənmiş şagirdlər fəxri fərmanlarla mükafatlandırılmışdır.

 

 

 

Keçidlər