Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat yığıncağı keçirilmişdir.

11 fevral 2016 | 16:00

11 fevral 2016-cı il tarixdə Siyəzən şəhər Mədəniyyət Mərkəzində 2015-ci ildə Siyəzən rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və tədbirdə iştirak edən qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

 

Daha sonra iştirakçılar yığıncağın keçirildiyi Siyəzən şəhər Mədəniyyət Mərkəzinin foyesində Siyəzən rayonunda istehsal olunan məhsulların nümayiş olunduğu sərgi ilə tanış olmuşlar. Sərgidə “Caspian Coast Winery & Vineyards” MMC, “Siyəzən-Broyler” ASC, Siyəzən Kərpic Zavodu, “Bərəkət-97” Firması, “Şükran” Kəndli Fermer Təsərrüfatı, “Fəridə” MMC, “Polimer Sənaye Parkı” MMC və s. sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən müəssisə və təsərrüfatlar təmsil olunurdular.

 

 

  

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev, Milli Məclisin deputatı Tahir Süleymanov, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov, Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, bağça müdirləri, siyasi partiya və və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin  nümayəndələri, ağsaqqallar, ziyalılılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 

 

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun hesabat məruzəsi dinlənilmişdir. Hesabatın mətni əvvəlcədən  İcra Hakimiyyətinin rəsmi saytında  və rayonun “Çıraq” qəzetində yayımlanmışdır.

 

Bundan sonra məruzə ətrafında çıxışlar başlamışdır. İclasda çıxış edən Siyəzən Rayonu üzrə Maliyyə Şöbəsinin rəis əvəzi Samir Nemətov, Təhsil Şöbəsinin müdiri Rəfael Hacıyev, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Kamilə Yusifova, Rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kənan Əliyev,  Polis Şöbəsinin rəisi Sənan Əsədov, Yenikənd Bələdiyyəsinin sədri Əbülfərz Muradov hesabat ilində rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat vermişlər. “Aqro.Az” MMC-nin icraçı direktoru Hacıbala Əmirov çıxış edərək kənd təsərrüfatı sahəsində gördükləri işlər barədə danışmış, ölkədə, eləcə də rayonumuzda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

  

  

 

 

Tədbirdə Milli Məclisin deputatı cənab Tahir Süleymanov, Prezident Administrasiyasının məsul işçisi cənab Niyaz Əliyev çıxış edərək son dövrlərdə bütün dünyada baş verən iqtisadi böhrana baxmayaraq görülmüş tədbirlər nəticəsində  ölkəmizdə ötən ildə də əldə olunmuş nailiyyətlər, böhranın təsirlərinin minimuma endirilməsi və əhalinin bu təsirləri daha az hiss etməsi üçün ölkə başçısı tərəfindən görülən işlər, əmək haqlarının artırılması, yeni iş yerlərinin açılması, süni qiymət artımına qarşı mübarizə tədbirləri barədə danışmışlar. 

 

Yığıncaq iştirakçılarından Əzizbala Əsədov, Firdovsi Hacıyev və digər şəxslər təkliflərlə çıxış etmişlər.

  

Yığıncağın sonunda qətnamə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

  

Keçidlər