Növbəti səyyar qəbul Tuğay kəndində olmuşdur.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu bu gün rayonun Tuğay kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı əvvəlcə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən səyyar qəbulların onun tərəfindən bu kənddə ilk dəfə təşkil olunduğunu, buna görə də həm də tanışlıq məqsədi daşıdığını bildirmişdir. Mütəmadi olaraq keçirilən qəbulların vətəndaşların təklif və şikayətlərinin yerində araşdırılaraq tədbir görülməsində vacibliyi qeyd olundu.
Kənd ağsaqqalları İlyas İlyasov və Məmmədbağır Bağırov İcra Hakimiyyəti başçısını salamlayaraq ona fəaliyyətində uğurlar arzuladı və əhali adından kəndin problemlərinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdi.
Bundan sonra digər sakinlərin müraciətləri dinlənildi. Vətəndaşların müraciətləri əsasən suvarma suyu ilə təminat, elektrik enerjisi verilişindəki problemlər, əkin-biçin mövsümündə teknika ilə təminat, kənd yolunun təmiri və s. məsələlər barədə olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edilmiş məsələlərin diqqət mərkəzində saxlanılacağını və həlli üçün bütün mümkün tədbirlərin görüləcəyini bildirmişdir.
Daha sonra İcra Hakimiyyətinin başçısı kəndlə tanış olmuşdur.