Eynibulaq kəndində səyyar görüş keçirilmişdir
Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun Eynibulaq kəndində səyyar qəbulu keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. İcra Hakimiyyətinin başçısı belə görüşlərin ölkə başçısı cənab İlham Əlyevin tapşırığı ilə mütəmadi keçirildiyi və onların əhəmiyyəti barədə danışmışdır.
Bundan sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri öz müraciətlərində əsasən içməli və suvarma suyu ilə təminat, yeni tikilmiş evlərə qaz çəkilişi və s. məsələlər barədə təklif və xahişlərini çatdırmışlar. Kənd ağsaqqallarından Seyidağa Mirzəyev çıxış edərək kəndin problemlərinin həllinə göstərilən səy və diqqətə görə İcra Hakimiyyətinin başçısına təşəkkür etmişdir.
Görüşün sonunda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov çıxış edərək belə səyyar görüşlərin bundan sonra da keçirilməsinin məqbul olduğunu bildirmiş, vətəndaşlarımızın həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar bərədə barədə danışmışdır. Qeyd olunmuşdur ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşlarının bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidirlər.
Daha sonra İcra Hakimiyyətinin başçısı vətəndaşların qaldırdığı məsələlərlə yerində tanış olmaq üçün kəndi gəzmiş, sakinlərlə görüşərək söhbət etmişdir.