Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirilmişdir.

25 dekabr 2015 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu bu gün rayonun Məşrif kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı əvvəlcə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən səyyar qəbulların onun tərəfindən bu kənddə ilk dəfə təşkil olunduğunu, buna görə də həm də tanışlıq məqsədi daşıdığını bildirmişdir. Mütəmadi olaraq keçirilən qəbulların vətəndaşların təklif və şikayətlərinin yerində araşdırılaraq tədbir görülməsində vacibliyi barədə danışan cənab Asif Hüseynov sakinləri aktiv olmağa, onları narahat edən problemlər barədə açıq diskussiyaya çağırdı.

  

Kənd sakinləri, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş Əlpaşa Abdullayev və Zərnigar Əliyeva İcra Hakimiyyəti başçısını salamlayaraq ona fəaliyyətində uğurlar arzuladı və əhali adından  kənddə son dövrlərdə görülmüş böyük işlərə, o cümlədən, Siyəzən - Məşrif  avtomobil yolunun tikintisi, elektrik təchizatının yaxşılaşdırılması üçün görülmüş tədbirlərə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdi.

 

Bundan sonra digər sakinlərin müraciətləri dinlənildi. Vətəndaşların müraciətləri əsasən kəndin qazlaşdırılması, yeni məhəllələrin yollarının təmiri, əkin-biçin mövsümündə teknika ilə təminat, uşaq bağçası və tibb məntəqəsinin tikintisi və s.  məsələlər barədə olmuşdur. Bəzi məsələlər  qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapmış, digərləri barədə  isə izahat verilmiş və ya  nəzarətə götürülərək həlli ilə əlaqədar  Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

 

 

Daha sonra İcra Hakimiyyətinin başçısı kəndlə tanış olmuşdur.

 

Keçidlər