Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderin əziz xatirəsi yad edilmişdir.

12 dekabr 2015 | 16:00

Bu gün respublikamızın hər yerində olduğu kimi Siyəzən rayonunda da Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının ildönümü qeyd edilmiş, Ulu öndərin əziz xatirəsi yad edilmişdir. Hər bir qədirbilən ölkə sakini kimi siyəzənlilər də bu günü dahi liderin rayon mərkəzindəki abidəsini ziyarət etməklə başlamışlar. 

Dahi rəhbərin Siyəzən şəhərinin mərkəzindəki abidəsi önündə keçirilən tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ağsaqqaları, ziyalılar iştirak etmişlər. Ümummilli liderin abidəsi önünə tər çiçəklər düzülmüş, xatirəsinə sonsuz ehtiram nümayiş olunmuşdur. 

 

 

 

 

 

 

Bundan sonra rayon rəhbərliyi şəhərin mərkəzindəki Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Mərkəzdə yaradılmış muzeyə və Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən filmə baxış keçirilmişdir.

 

 

 

 

Keçidlər