Şriftin ölçüsü :

Saytın rəngi :

Beşdam kəndində səyyar qəbul keçirilmişdir.

27 noyabr 2015 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun rayonun Beşdam kəndində səyyar qəbulu keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə nail olunmuş sosial-iqtisadi inkişaf, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər,  sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı barədə danışmışdır.

 

 

Bundan sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri öz müraciətlərində əsasən kənddaxili yolların təmiri, içməli və suvarma suyu ilə təminat,  elektrik naqil  və dirəklərinin dəyişdirilməsi  və s. məsələlər barədə təklif və xahişlərini çatdırmışlar. Çıxış edən sakinlər  kəndin problemlərinin həllinə göstərilən səy və diqqətə görə İcra Hakimiyyətinin başçısına təşəkkür etmişdir. Qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapmış, digərlərinin həlli ilə əlaqədar  Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

 

 

Görüşün sonunda Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxış edərək ölkə başçısı cənab İlham Əlyevin tapşırığı ilə mütəmadi keçirilən  səyyar görüşlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşların problemlərinin həlli istiqamətində səylərin artırılacağını qeyd etmişdir.,

Keçidlər