Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir.

26 noyabr 2015 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın ""2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzrədə tutulmuş tapşırıqların Siyəzən rayonunda aidiyyəti qurumlar tərəfindən yerinə yetirilməsinin vəziyyəti haqqında" 2014-cü il 30 may tarixli 13 nömrəli qərarının icra vəziyyəti barədə” məsələnin müzakirəsi ilə əlaqədar  növbəti iclası keçirilmişdir. İclasda Siyəzən Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.

Gündəlikdə olan məsələ ilə bağlı Siyəzən Rayon İcra Hakimiyyəti Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin geniş arayışı dinlənilmiş və müzakirələr aparılmışdır.

  

Siyəzən Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Niyazi Qədimov və Rayon Baytarlıq İdarəsinin rəisi Seyfulla Qasımov rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə çıxış etmişlər.

 

Qeyd edilmişdir ki, rayon iqtisadiyyatının əsas sahələrindən biri aqrar sahə üzrə 2015-ci ilin 9 ayında rayon üzrə 68 947 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da əvvəki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çoxdur.İstehsal edilən məhsulun 3,5 faizi bitkiçilik, 96,5 faizi heyvandarlıq məhsullarının payına düşür.

Rayon üzrə 2015-ci ilin məhsulu üçün 3 149 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Əkin sahələrinin 2 673 hektarı və yaxud 84,9 faizi dən üçün qarğıdalını da daxil etməklə payızlıq və yazlıq dənli və dənli paxlalılardan, 273 hektarı və yaxud 8,7 faizi kartof, tərəvəz və bostan bitkilərindən, 201 hektarı və yaxud 6,4 faizi yem bitkilərindən ibarət olmuşdur.

Sahələrdən 4 984 ton taxıl toplanmış, hər hektardan orta məhsuldarlıq əvvəlki illə müqayisədə 11 faiz artaraq 18,9 sentner təşkil etmişdir. 211 ton kartof, 868 ton tərəvəz, 510 ton bostan bitkisi, 770 ton meyvə, 158 ton üzüm toplanmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayısədə kartof istehsalı 8,8 faiz, tərəvəz istehsalı 5,6 faiz, bostan bitkisi istehsalı 6 faiz, meyvə istehsalı 18,6 faiz, üzüm istehsalı 6 faiz artmışdır.  Bundan başqa, rayonda suvarma, baytarlıq, bitki mühafizəsi və s. sahələr üzrə görülmüş işlər və nəticələr barədə də müzakirələr aparılmışdır.

İclasda çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin  başçısı cənab Asif Hüseynov rayonda Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlərin bundan sonra da daha  məqsədyönlü və effektiv aparılması üçün tapşırıq və tövsiyələrini vermişdir.

Sonda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.

  

Keçidlər