Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar "Milli dövlətçiliyimizin xilaskarı" mövzusunda tədbir keçirilmişdir

12 iyun 2023 | 13:30

İyunun 12-si Siyəzən rayon Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun iştirakı ilə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar "Milli dövlətçiliyimizin xilaskarı" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda məruzə ilə çıxış etmişdir.
Daha sonra Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova “Milli Qurtuluş fəlsəfəsi” mövzusunda çıxışı ilə yadda qaldı.
Çıxışlardan sonra Milli Qurtuluş Gününə həsr olunmuş qısametrajlı film nümayiş olundu.
Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək 15 iyun - Milli Qurtuluş Gününün Azərbaycan Respublikası üçün tarixi əhəmiyyətini bir daha vurğuladı.

Keçidlər